İdman 17:48 20.01.2022

Millimizin üzvündən sevindirici xəbər

Yanvarın 16-da Belçikada COVİD-19 testi müsbət nəticələnən futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges dünən növbəti dəfə test verib.
 
Futzal Federasiyasının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə nəticə neqativ olub və müdafiəçi bu gün Belçikadan Niderlanda gəlib, komandanın məşqində iştirak edib. 

Bir gün əvvəl heyətə cəlb edilən Hadi Ahmadi də artıq millinin Qroningendəki düşərgəsindədir.
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?