Amerikalı milyarder və investor Vorren Baffet CNBC telekanalına Bitcoin kriptovalyutası barədə müsahibə verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 88.2 milyard dollar sərvətilə dünyanın ən varlı 3-cü şəxsi statusunu daşıyan 87 yaşlı Baffet "Kripto pul vahidi barədə onu deyə bilərəm ki, bütün bunların nəticəsi pis olacaq. Nə vaxt baş verəcəyini bilmirəm, amma dəqiq reallaşacaq. Virtual pul qısa müddətdə populyarlaşdı və qısa müddətdə böyük müflisləşmələrə səbəb olacaq" açıqlaması ilə çıxış edib.
Noyabr ayında Bitcoinin real dəyərə sahib olmadığını deyən Vorren Baffet kriptovalyuta bazarını "zarafat", bu pul vahidini isə "balon" adlandırmışdı.
Qeyd edək ki, Vorren Baffet 508 milyard dollar dəyərə sahib "Berkshire Hathaway" investisiya firmasının sahibidir.
Gülşən
Şərhlər