Xəbər lenti

Milyonçu iş adamı vəhşicəsinə qətlə yetirildi (FOTO)
Foto 12:18 16.07.2020

Milyonçu iş adamı vəhşicəsinə qətlə yetirildi (FOTO)

Nepal və Banqladeşdə taksi, kuryer və yemək sifarişi xidmətləri ilə məşğul olan "Pathao", Nigeriyada isə Uberə bənzər motosiklet taksi şirkəti olan "Gokada" platformasının sahibi Fahim Saleh Nyu-Yorkdakı evində vəhşicəsinə qətlə yetirilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, biznesmenin başı və bədən üzvləri elektrik mişarı ilə kəsilmiş halda tapılıb. Şirkəti ölümünü təsdiqləyib.

CNN-in yazdığına görə, binanın təhlükəsizlik kameralarında Salehlə birgə liftə qara geyimli və maskalı bir şəxsin daxil olduğu görünür. Adı açıqlanmayan bir polis məmuru cinayətin peşəkar şəkildə icra olunana bənzədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->