Minaya düşən hərbçilərimizin vəziyyəti necədir?

Minaya düşən hərbçilərimizin vəziyyəti necədir?

Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuların son durumu açıqlanıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Daxili Qoşunların hərbi qulluqçuları - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir.

Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
XƏBƏRLƏR
BLOGLAR
X