Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019” II Avropa Oyunlarında Ermənistandan olan rəqibini üstələyib.
Qaynarinfo xəbər verir ki, 69 kq çəkidə çıxış edən Kuba əsilli döyüşçü 1/16 finalda Qurqen Madoyanı 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, olimpiya mükafatçısı olan Sotomayor 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) qarşılaşacaq.
Şərhlər