“Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır.
Bu qrupa daxil olan ölkələr BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrdir və 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı qətnamələrin qəbulnda iştirak ediblər. Lakin Ermənistan bu qətnamələri hələ də icra etməyib”.
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O, beynəlxalq təşkilatların Ermənistana bununla bağlı təzyiq göstərilməli olduğunu vurğulayıb. Elman Abdullayevin sözlərinə görə, vasitəçi ölkələr Ermənistan tərəfindən bu qətnamələrin yerinə yetirilməməsinə ciddi narahatlığını ifadə etməlidir: “Azərbaycan ictimaiyyəti ATƏT Minsk Qrupunun fəaliyyəti ilə ciddi narahatçılıq keçirdir. Çünki torpaqlarımız hələ də işğal altındadır, ölkə əhalinin hər on nəfərindən biri öz doğma yurdlarına qayıda bilmir”.
Şərhlər