Xəbər lenti

Dünya 12:04 01.07.2020

Miqrantlarla dolu gəmi Van gölündə batdı: 6 nəfərin cəsədi çıxarıldı

Türkiyədə Van gölündə miqrantlarla dolu gəmi batıb, sudan 6 nəfərin cəsədi çıxarılıb.

Qaynarinfo haber.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin daixli işlər naziri Süleyman Soylu açıqlama verib. O, itmiş qayıqda 60-a yaxın miqrantın olduğunu deyib:

"Axtarış-xilasetmə işləri başladılıb. Dünən 5 nəfərin cəsədi tapıldı. Bu səhər 6 oldu. Səlahiyyətli şəxslərin ifadələrində ziddiyət var. Təxminən 11 nəfər saxlanılıb. Aralarında kənd icra nümayəndəsi də var", - deyə nazir bildirib.
 
Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?