Misirin Təhrir meydanında hollandiyalı qadın jurnalisti zorlayıblar.
Qaynar.info-nun məlumatına görə, bu barədə İsrailin Ynetnews.com saytı xəbər verib.
Saytın yaydığı məlumatda bildirilib ki, holland qadın jurnalist özlərini inqilabçı adlandıran bir neçə nəfər tərəfindən zorlanıb.
Xəstəxanada aparılan müayinə zamanı onun bir neçə gün əvvəl zorlandığı məlum olub. Jurnalist özünün verdiyi ifadəsində ona hücum edənlərin 5 nəfər olduğunu deyib.
Xəbəri Hollandiyanın Misirdəki səfirliyindən də təsdiq ediblər.
Misir hüquq-mühafizə orqanları məsələ ilə bağlı istintaqa başlayıblar.
Qaynar.info
Şərhlər