“Miss Qızılorda” gözəlliyinə görə kafedə işləyir (FOTO/VİDEO)
"Miss Qızılorda-2017” və "Miss Qazaxıstan” yarışının iştirakçısı Gülnur Nurtaza Qızılorda şəhərində yerləşən kafelərin birində işə düzəlib.
Bu barədə "365info” portalı xəbər yayımlayıb.
Qeyd olunur ki, kafedə çəkilmiş videoda Gülnurun sarımsaq təmizlədiyi və boşqabları yuduğu əks olunub. Gülnur gözəllik müsabiqələrinin iştirakçısı olduğunu da təkzib etməyib.
Onun tanışları bildiriblər ki, Gülnur Nurtaza hazırda maddi baxımdan çətin vəziyyətdədir. Belə ki, valideynlərini itirdiyindən özünü təmin etməyə məcbur qalıb.
Qız xarici görünüşünə görə iş tapmaqda çətinlik çəkir. Belə ki, qadınlar onu ərlərinə qısqanır, kişilər isə tez-tez ona nalayiq təkliflər edirlər.//Report.az
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər