Mitropolit Volokolamski: “İncil də Çexovun hekayələri kimi ədəbiyyatdır”

Mitropolit Volokolamski: “İncil də Çexovun hekayələri kimi ədəbiyyatdır”

"İncil də Rusiya məktəblərində tədris edilməlidir”.

Qaynarinfo xəbər verir ki, bu təkliflə Rus Pravoslav Kilsəsinin xarici əlaqələr şöbəsinin müdiri mitropolit Volokolamski İlarion çıxış edib. 
O, dünyəvi işlərə müdaxilə etdiyi üçün yeni tənqid dalğasına hazır olduğunu və təklifində təəccüblü bir şey olmadığını deyib:
"Mən çox sadə bir şey haqqında danışmışam: məktəblərdə Tolstoyun "Hərb və sülh”, Dostoyevskinin "Cinayət və Cəza”, Çexovun hekayələri, Ostrovskinin pyesləri kimi ədəbiyyat nümunələri öyrənilir. İncil də ədəbiyyat abidəsidir, üstəlik də İncil çox nüfuzlu, ən oxunan kitabdır. Niyə bu abidə məktəblərdə ədəbiyyat fənninin tədrisində yer almasın? Düşünürəm ki, sadaladığım kitablar kimi İncil də məhz ədəbi nümunə kimi öyrənilməyə tam layiqdir”. 
Mitroploit İncilin hansı yaşdan tədris olunmağa başlaması haqda da danışıb və kitabın 12 yaşlı şagirdlərə tədris oluna biləcəyini deyib.
XƏBƏRLƏR
BLOGLAR