Yunanıstanın yeni baş naziri Kiriakos Mitsotakis and içərək vəzifəsinin icrasına başlayıb.
Qaynarinfo xəbər verir ki, K.Mitsotakis Prezident Sarayında təşkil edilən dini mərasimdə İncilə əl basaraq and içib. Prezident Prokopis Pavlopulosunda qarşısında təşkil edilən mərasim Afina Baş Yepiskopu İeronimos tərəfindən idarə edilib. K.Mitsotakis mətbuat qarşısında çıxışdan sonra seçkidə məğlub olan Aleksis Tsiprasdan baş nazir səlahiyyətlərini təhvil alıb.
Qeyd edək ki, Kiriakos Mitsotakis 1968-ci ildə dünyaya gəlib. O, polyak əsilli Mareva Qrabovski ilə evlidir və 3 uşaq atasıdır. Yeni baş nazir ölkənin vacib siyasi fiqurlarından biri, 1990-1993-cü illərdə baş nazir vəzifəsini icra etmiş Konstantinos Mitsotakisin oğludur. Harvard Universiteti məzunu olan baş nazir bu günə qədər bir çox iqtisadiyyat firmasında çalışıb, 2004 və 2007-ci illərdə Afinadan millət vəkili seçilib, 2013-2015-ci illərdə İdari İslahat Naziri postunda çalışıb.
Gülşən
Şərhlər