Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkə vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb.
Qaynarinfo xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının lideri bu gün keçirilən prezident seçkilərinin ikinci turundan sonra belə açıqlama ilə çıxış edib.
"Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq. Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdı. Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Biz bir yerdə olalar ölkənin taleyi baradə düşünməliyik. Mən hər kəsi birliyə çağırıram. Biz mütləq qalib gələcəyik" deyə Saakaşvili bildirib.
Qeyd edək ki, keçirilmiş "exit-poll”un nəticələrinə əsasən, müstəqil namizəd, hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili 55%, Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər