MMA çempionu Kadırovun döyüş çağırışına cavab verdi (VİDEO)

MMA çempionu Kadırovun döyüş çağırışına cavab verdi (VİDEO)

Rusiya qarışıq döyüş sənətləri idman növünün (MMA) döyüşçüsü Aleksandr Yemelyanenko Çeçenistan rəhbəri Ramzan Kadırovun dekabrın 21-də "İnstaqram”dan ifadə etdiyi döyüş çağırışını şərh edib.

Qaynarinfo xəbər verir ki, Yemelyanenko çağırışla bağlı deyib: "Yemelyanenkonu döyüşə çağır" fləşmöbü dostum Ramzana da çatıb. Əhməd gücdür!”

Xatırladaq ki, bir gün əvvəl Kadırov İnstaqram səhifəsində yerləşdirdiyi video mesajda Yemelyanenkonu rinqə çağırıb. Video yazıda Çeçenistan rəhbəri döyüşməkdə qərarlı olduğunu qeyd edib.

Kadırov onu da qeyd edib ki, bundan əvvəl o, boks federasiyasının rəhbəri, "Axmat” klubunun prezidentini rinqə dəvət edib və döyüşün hansı qaydalarla aparılacağı ilə maraqlanıb: MMA, ya boks?
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR