Xəbər lenti

Modi Kiyevdə: Ukrayna və Hindistan dörd sahə üzrə razılığa gəldi
Dünya 17:04 23.08.2024

Modi Kiyevdə: Ukrayna və Hindistan dörd sahə üzrə razılığa gəldi

Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfəri zamanı Ukrayna və Hindistan arasında tibb, kənd təsərrüfatı, humanitar və mədəni sahələrdə əməkdaşlıq haqqında sazişlər razılaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski avqustun 23-də Kiyevdə Modi ilə görüşdə deyib.

"Bu gün biz... Baş nazir Modinin Ukrayna və Hindistan arasında bu tarixi səfəri zamanı dörd sənəd üzərində razılaşdıq. Bu - tibb, aqrar, humanitar əlaqələr, mədəniyyət sahələridir”, - o deyib.

Dövlət başçısının sözlərinə görə, "ölkələr arasında strateji tərəfdaşlığın qurulması, ölkələr arasında ticarət və hərbi-texniki əməkdaşlıq haqqında” birgə bəyanat da hazırlanıb.

"Bütün bunlar gücləndirilməlidir”, - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, avqustun 23-də Hindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edib. Bu, Hindistanın baş nazirinin müstəqillik əldə etdikdən sonra Ukraynaya ilk rəsmi səfəridir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->