Xəbər lenti

Modi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Kiyevə gedir
Dünya 11:16 21.08.2024

Modi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Kiyevə gedir

Hindistanın Baş naziri Narendra Modi Kiyevə səfəri zamanı xüsusilə Rusiya Federasiyası ilə Ukrayna arasında genişmiqyaslı müharibəyə sülh yolu ilə son qoymaq imkanlarını müzakirə etməyi planlaşdırır.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Polşaya, daha sonra isə Ukraynaya getməzdən əvvəl Hindistanın Baş naziri çərşənbə günü Kiyevə səfəri zamanı münaqişənin sülh yolu ilə həlli üçün "perspektivləri bölüşmək” niyyətini bəyan edib.

Hindistan hökumətinin başçısı Ukraynanın paytaxtında ölkələr arasında ikitərəfli əməkdaşlığı gücləndirməyə çalışacağını da bildirib.

Sülh təşəbbüslərindən danışan Modi qeyd edib ki, "bir dost və tərəfdaş kimi biz regionda sülh və sabitliyin tezliklə bərpasına ümid edirik”.

Bundan əvvəl Hindistanın baş naziri Narendra Modinin avqustun 23-də Ukraynaya səfər edəcəyi və orada prezident Volodimir Zelenski ilə görüşəcəyi bildirilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->