Moldovada azərbaycanlı gənclərin Forumu keçirilib

Moldovada azərbaycanlı gənclərin Forumu keçirilib

Fevralın 15-də Azərbaycan səfirliyinin dəstəyi və Moldova Azərbaycanlılar Kongresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişinyov şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq "Güc birlikdədi” şuarı altında bu ölkədə yaşayan gənc soydaşlarımızın Forumu keçirilib.

Qaynarinfo xəbər verir ki, konfrans zalının foyesində "Güc birlikdədi” şuarı ilə böyük pankart quraşdırılıb, mütəmadi olaraq ekranlarda Bakı gələcəyin şəhəri və digər çarxlar nümayiş etdirilib. 

Forumun əsas məqsədi, Moldova Respublikasının bütün bölqələrində yaşayan gənclərimizin bir araya gətirilməsi, onların yeni təklifləri ətrafında fikir mübadiləsinin aparılması, həmçinin gənclərin problemləri ilə yaxından tanış olmaq, eyni zamanda istedadlı və bacarıqlı gənclərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında yer tutmaları üçün dəstəyin edilməsi olub.

Forumda Moldova Respublikasının Mədəniyyət və Təhsil Nazirliyinin Dövlət Katibi İvan Georgiu, Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəri Ruslan Guliyev, Səfirliyin əməkdaşları, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvləri və 30 il öncə diasporanın yaranmasında fəal olan hörmətli soydaşlarımız  iştirak edib.

Öncə söz Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidova verilib. H.Məcidov çıxışında qonaqları salamlayaraq forumun məqsədindən danışmış, gənclərimizin diasporanın 30 il öncə yaradılmasının əsasında duran soydaşlarımızın məsləhətlərindən və köməklərindən faydalanmağa çağırıb.

Moldova Respublikasının Mədəniyyt və Təhsil Nazirliyiin Dövlət Katibi İvan Georgiu  öz çıxışında gənc soydaşlarımızn ilk dəfə bu forumun təşkil edilməsi münasibətilə təbrik edib, "Güc Birlikdədi” şuarının artıq bütün forumun məqsədini açıq göstərdiyini və bele bir forumun tərifəlayiq olduğunu qeyd edib. İ. Georgiu Moldovanın Mədəniyyət və Təhsil Nazirinin isti salamlarını çatdırmış və onlar tərəfindən gənclərimiz ilə daim çalışmağa və dəstək olmalarına hazır olduqlarını vurğulayıb.

Millətlərarası Agentliyinin Baş direktoru Nikolayu Reditsa öz çıxışında ilk dəfə olaraq, çoxsaylı gənclərimizin bir araya toplanmasını onda qürur hissini oyatdığını, bele bir forumun ilk dəfə təşkil edilməsi üçün Səfirliyə dərin təşəkkürünü bildirib. N.Reditse, onun rəhbərlik etdiyi Agentliyin qapiları gənclərimizə daim açıq olduğunu, onlar tərəfindən keçiriləcək hər hansı bir tədbir üçün agentliyin bütün resurslarından istifadə edilməsinə dəstək olacağına vəd verib. Həmçinin o, Azərbaycan Respublikasının Prezidentinin və Diasporla İş üzrə Dövlət Komitəsinin öz soydaşlarının problemləri və inkişafları ilə daim maraqlanmalarını gözəl nümunə olduğunu bildirib.

Daha sonra forumda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəhbəri Ruslan Guliyev çıxış edərək, Komitənin sədri F.Muradovun adından hər kəsi salamlayaraq sədrin xoş sözlərini çatdırıb. Daha sonra R.Quliyev Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələri barədə danışmışdır. Onun tərəfindən gənc soydaşlarımıza Komitənin nəzdində yardım fondunun mövcudluğu barədə məlumat verilmiş, gənclərimizin Komitənin saytında qeydiyyatdan keçərək təqdim edilən maraqlı və kreativ layihələrin yardım fondu tərəfindən maliyyəşdirilməsi üçün fəal olmağa çağırışlar edib.

Səfir Q.Osmanov öz çıxışında xaricdə yaşayan soydaşlarımızın birliyi və qorunması üçün Heydər Əliyevin verdiyi töhfədən danışıb, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin apardığı işdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Prezidenti ilə dəfələrlə görüşlərində soydaşlarımızın məsələlərini gündəmdə saxlamasından danışıb. Səfir gənclərimizi daim öz üzərində çalışmalarına, öz ana dilləri ilə yanaşı yerləşdiyi ölkənin dilini bilmələrinə, Moldova mədəniyyəti və həyat tərzinə uyğun olmalarına, eyni zamanda öz köklərini unutmayaraq milli ruhun qorunmasına çağırışlar edib. Səfir gənc soydaşlarımı bir arada toplanmağından məmnun olduğunu, çoxsaylı gənclərimizin iradəli, savadlı və bacarıqlı olmalarından fəxr etdiyini vurğulayıb.

Daha sonra meydan gənclərimizə verilmiş, onların yeni ideyaları, fikirləri və təklifləri dinlənilmişdir, maraqlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonra, Moldova Azərbaycanlılar Konqresinin gənc üzvü Zamir Qubadov 2020-ci ilin 1-2 fevral tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Vyanada təşkil edilmiş Azərbaycanlı Gənclər Forumunda iştirakından və təsuratlarından danışmış gənclərimizi bərabər olmağa və bir birilərinə əllərindən gələn köməkliyi etmələrinə çağırıb.

Digər bir gənc Ruslan İsmayılov, eyni zamanda Moldova Azərbaycanlılar Kongresi Şurasının üzvü söz alaraq, şuranın adından gözlənilməz bir gərarı səsləndirib. O tribunaya çıxaraq Şuranın gərar və tələbini Səfirə çatdırılmasında soydaşlarımız tərəfindən səlahiyyətli olduğunu bildirib. Onun tərəfindən, Moldova Azərbaycanlılar Konqresinin daha da güclü və bir yumuruq kimi birləşməsi üçün, gənclərimizin gələcəkdə Moldovanın bütün strukturlarına yeridilməsi məqsədilə güclü və müdrük liderin olmasının vacibliyini bildirib. O, şuranın gərarına əsasən bu liderliyi hal-hazırda yalnız bir nəfərə Firuz İsayevə məxsus olduğu vurğulyıb və hətta Kongresin adından, gənclərin gələcəyi naminə Firuz İsayevin Kongresin növbəti iclasında lideri seçilməsi tələbini irəli sürüb. F.İsayevin Kongresin lideri seçilməsində Səfirliyin qarant olmasına və bu məsələnin tezliklə öz həllini tapmasında  Səfirin yardımçı olmasını xahiş edib.

Öz növbəsində, Səfir Q.Osmanov belə bir çıxışın gözlənilməz olduğunu, və məsələnin gələcək iclasda səsə qoyulmasında forum iştirakçılarına müraciət edib. Forumun iştirakçıları yekdilli olaraq onların lideri qismində Firuz İsayevin olmasını dəstəkləyiblər.

Forumda yerli KİV tərəfindən çəkilişlər aparılırdı. KİV nümayəndələri ilə söhbətimiz zamanı onlar tərəfindən ilk dəfə belə canlı, maraqlı və  səmimi forumun izlənilməsi qeyd edilib.

Forum çərçivəsində iştirakçılara təşkil edilmiş furşetdə gənc soydaşlarımız bir-biriləri ilə yaxından tanış olub, səmimi ünsiyyətlərini davam edərək belə bir fürsəin ilk dəfə yaranmasından məmnun olduqlarını bildiriblər. Onlar tərəfindən ilk dəfə belə bir tədbirin təşkil edildiyi üçün Səfir başda olmaqla Səfirliyin əməkdaşlarına dərin təşəkkür bildirilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR