Xəbər lenti

Moskva azərbaycanlıları erməni iş adamlarını müflis etdi
Ölkə 15:51 17.09.2020

Moskva azərbaycanlıları erməni iş adamlarını müflis etdi

Bu ilin iyulunda Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik bu ölkələrin diasporlarıan da sirayət etmişdi. Avropa, ABŞ və Rusiyada erməni diasporu azərbaycanlılara hücuml etmiş, nəticədə xəsaərt alanlar, saxlanılanlar olmuşdu.

Gərginliyin daha bir nəticəsi Moskvada azərbaycanlı iş adamlarının sahibi olduğu ticarət mərkəzlərində və bazarlarda Ermənostandan gələn malları boykot etməsi ilə nəticələnmişdi.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, erməni ticarətçilər hələ də Moskva bazarlarında öz mallarını sata bilmədiklərinə şikayətləniblər.

"Biz "Fud Siti”də öz mallarımızı sata bilmədiyimiz üçün biznesmenlər onminlərlə dollar ziyana düşüblər və Erməniostan qayıdıblar. Hal hazırda "Fud Siti”yə Ermənistandan gələn yük maşınları bazarın ərazisinə buraxılmır, 25-dən artıq biznesmen öz məhsullarını sata bilmir. Vəziyyət ağırdır. "Fud Siti” Moskva şəhərinin ən böyük bazarıdır. Alternativ ticarət mərkəzləri kimi "Buxta”, "Şelkovıy put” və s. olsa da, onların miqyası və ticarət dövriyyəsi "Fud Siti” ilə müqayisə oluna bilməz”-deyə iş adamlarından biri erməni jurnalistlərə şikayətlənib.

Erməni tərəfinin fikrincə, "Fud Siti”nin azərbaycanlı sahibləri və ticarətçilər Ermənistan məhsullarını boykot edir.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->