Moskvadakı taksi qəzasında 2 azərbaycanlı yaralanıb (FOTO/VİDEO)
Dünən Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü avtomobili futbol üzrə Dünya Çempionatını izləməyə gələn turistlərin üzərinə sürmüşdü.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə sərxoş vəziyyətdə avtomobili idarə edən Qırğızıstan əsilli Çingiz Anarbek tərəfindən törədilib. O, qəzadan sonra maşından düşərək qaçmağa çalışıb, lakin tezliklə tutulub.
Qeyd edək ki, hadisə nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisi Azərbaycan vətəndaşıdır, digər şəxslər isə Rusiya, Ukrayna və Meksikadandır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər