Dünya 14:55 05.07.2020

Moskvaya vəhşi qabanlar ayaq açdı, təhlükəylə bağlı xəbərdarlıq edildi

Moskva merinin saytında verilən məlumata görə, bir neçə Moskva parkında vəhşi qabanlar görünüb. 

Qaynarinfo xəbər verir ki, heyvanlar Bitsevski Parkında, "Moskvoreçye” və TiNAO meşələrində qeydə alınıb.

"Mospriroda” mütəxəssisləri qeyd edirlər ki, vəhşi qabanlar təhlükəli heyvanlardır, buna görə də onlarla qarşılaşarkən müəyyən təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Qabanlar heç bir səbəb olmadan insana hücum etmir, ancaq təhlükəni hiss etsələr, hücum edə bilərlər. Qaban öz vəhşi dişləriylə ciddi yaralar vurur, dişləri az inkişaf etmiş dişi dişilər isə qabaq pəncələriylə yıxır və tapdalayır.

Bir qaban ilə qarşılaşarkən yerində dayanmaq və diqqəti cəlb etməməyə çalışmaq lazımdır. Heyvandan ona arxanızı çevirmədən, yavaş-yavaş və diqqətlə uzaqlaşmalısınız. Eləcə də heyvandan qurtulmaq üçün hansısa ağaca da çıxa bilərsiniz.

Qabandan qaçmaq, küyə qapılmaq, gözünü ona zilləmək, həmçinin balalarına yaxın düşmək olmaz, çünki qaban sizi onlara təhdid hesab edə və qəzəblənə bilər.

Alpər