Xüsusi təyyarə ilə Türkiyə gələn MOSSAD rəhbəri Təmir Pardo türkiyəli həmkarı, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidanla görüşüb.
Pardo həmkarı ilə Suriya və Taksim meydanında baş verənləri müzakirə edib. ANS PRESS türk mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Pardo həmkarına bəzi məlumatlar ötürüb. Konkret olaraq o, İran İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı “Əl Muhaberat” təşkilatı ilə birlikdə Türkiyə əleyhinə fəaliyyət göstərdiyini deyib.
Sonda T. Pardo baş nazir Tayyib Ərdoğanla görüşmək üçün ona müraciət edib. Hələlik Tayyib Ərdoğan müraciətə müsbət cavab verməyib.
Şərhlər