“Muğan Bank”da 67 milyon manatdan çox zərər

“Muğan Bank”da 67 milyon manatdan çox zərər

2020-ci ilin yekun hesabatını açıqlamayan "Muğan Bank”ın 2019-cu ilin sonuna olan yığılmış zərəri (defisiti) 67 milyon 730 min manat olmuşdu. 2020-ci ilin sonunda isə bankın vergilər ödənilənədək olan mənfəəti 707 min manat olub. Bu isə bankın bölüşdürülməmiş mənfəətində olan (- 23 milyon 679 min manata) göstəriciyə ciddi təsir göstərməyəcək. Nəticədə mənfəət vergisini vermədiyinə görə "Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 22 milyon 972 min manatdan çox olacaq.

Valyuta.Az xəbər verir ki, bankın açıqladığı hesabata görə 2020-ci ilin sonunda "Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 1 il ərzində 707 min manat azalıb.



Cədvəldə də qeyd olunduğu kimi "Muğan Bank”ın yığılmış zərəri 4 il ərzində 48 milyon 534 min manat artaraq 67 milyon 730 min manata çatıb. Buna baxmayaraq bankın kapitalı isə 4 il ərzində 21 milyon 493 min manat azalaraq 35 milyon 836 min manata düşüb. 

Qeyd edək ki, Bankda yerləşdirilən depozitlərin həcmi 56 milyon 40 min manat və ya 16,7% azalaraq 278 milyon 681 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub. Deopzit portfelinin azalmasında hüquqi şəxslərin 27,3%, fiziki şəxlərin isə 12,5% payə var. Yəni, "Muğan Bank”da hüquqi şəxslərin depozitləri 26 milyon 67 min manat, fiziki şəxslərin depozitləri isə 29 milyon 973 min manat azalıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR