Foto 16:18 16.07.2020

Müdafiə nazirinin müavini Türkiyəyə getdi, Hulusi Akarla görüşdü (FOTOLAR)

Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib. 

Qaynarinfo xəbər verir ki, o, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb. 

Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub. 

"Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək”, - Hulusi Akar deyib.