Siyasət 15:33 13.10.2021

Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur.