Video 02:05 21.09.2020

Müdafiə Nazirliyi: Ermənistana məxsus PUA məhv edilib (VİDEO)

Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
 
Bu barədə Qaynarinfo Müdafiə Nazirliyinə istinadən xəbər verir. 
 
Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.