Xəbər lenti

Müdafiə Nazirliyi Göyçaya düşən şarla bağlı açıqlama yaydı
Ölkə 13:47 04.12.2019

Müdafiə Nazirliyi Göyçaya düşən şarla bağlı açıqlama yaydı

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumata aydınlıq gətirib.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.

Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->