Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.
Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında deyib.
Polkovnik Vaqif Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.
Şərhlər