Müğənninin evindən oğurluq edən şəxs tutuldu

Müğənninin evindən oğurluq edən şəxs tutuldu

Müğənni Vüqar Muradovun evindən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ifaçı polisə verdiyi izahatında oğurluq edən şəxsin usta olduğunu bildirib: "Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”.

Müğənni aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib: "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar”.
XƏBƏRLƏR
BLOGLAR