Ölkə 13:01 25.11.2021

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü (FOTO/YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda mühafizə polisi əməkdaşı polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bir müddət öncə Daxili İşlər Nazirliyinin Hospitalında psixoloji problemlərdən əziyyət çəkdiyi üçün müalicə alıb. Qeyd edək ki, R.Mütəllimovun bir övladı var.
 

 
11:50

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

DİN Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Hazırda məsələ araşdırılır.