Koreya müharibəsi səbəbilə ayrı düşən ailələr 65 ildən sonra görüşüblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın Kumqanq dağında baş tutan və 3 gün davam edəcək görüş üçün yaşı 70-dən çox olan 89 Cənubi koreyalı Şimala gedib. Ən qoca şəxsin yaşı 101-dir. Qohumlar 6 dəfə və ümumilikdə 11 saat görüşəcək. Növbəti dəfə isə Şimali Koreyadan olan 83 nəfər Cənuba səfər edəcək.
Qeyd edək ki, müharibə səbəbilə ayrı düşən ailə üzvlərinin görüşü ilk dəfə 2000-ci ildə baş tutmuşdu.
Gülşən
Şərhlər