Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə icraçı direktoru Peter Salama vəfat etdi.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.
İcraçı direktorun ölüm səbəbləri hələ dəqiqləşdirilməyib. ÜST artıq Salam ailəsinə başsağlığı verib. Tedros Gebreyesus dostunun və həmkarının ölümündən kədərləndiyini və onun kimi peşəkarla çalışmaqdan məmnunluq duyduğunu bildirib.
Salama 2016-cı ildən ÜST-nin Fövqəladə Hallar üzrə İcraçı direktoru vəzifəsini icra edib. Bundan əvvəl o, UNİSEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru vəzifəsində çalışıb. Salama təşkilatın Ebola virusuna qarşı mübarizə işinə də rəhbərlik edib.
Camal
Şərhlər