Xəbər lenti

Siyasət 18:30 05.04.2013

Ümumrusiya Azərbaycan Konqresinə icraçı direktor təyin olunub

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru vəzifəsinə yeni təyinat olub.

APA-nın verdiyi məlumata görə, təşkilatın Moskva bölməsinin rəhbəri İlqar Hacıyev ÜAK-ın icraçı katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu ilin fevralın 5-də Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclasında qurumun prezidenti Məmmədbağır Əliyev icraçı direktor vəzifəsini Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova təklif edib.

Q. Osmanov isə hazırda diplomatik fəaliyyətlə məşğul olduğunu əsas gətirərək, təklifi qəbul edə bilməyəcəyini bildirib.

Qaynar.info 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?