Maqazin 17:47 20.07.2019

Murad Arifin konserti ləğv olundu

Murad Arifin bu gün Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək konserti ləğv olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabından məlumat verib:

"Dostlar, küləkli hava şəraitinə görə açıq havada keçiriləcək konsertimiz avqust ayına təxirə salınır. Şoumuz açıq havada, böyük səhnə, iri həcmli işıq, səs sistemi və monitor, ekranlarla nəzərdə tutulmuşdu... İnsanların təhlükəsizliyini nəzərə alaraq, ertələnir. Tezliklə görüşmək ümidiylə”.