Murad Dadaşov məşhur rus aparıcıya "Qarabağ" forması hədiyyə etdi (VİDEO)
Rusiyanın birinci kanalında yayımlanan "Pole çudes" verilişinin son buraxılışı Azərbaycana həsr olunub.
Qaynarinfo xəbər verir ki, qonaqlar sırasında tanınmış şoumen və aparıcı Murad Dadaşov da olub.
O, aparıcı Leonid Yakuboviçə "Qarabağ"ın futbolçuları tərəfindən imzalamış forma və Çempionlar Liqasının qrup mərhələsində oynadılan topu hədiyyə edib.
Qeyd edək ki, Yakuvoviç 18 oktyabrda keçirilən "Qarabağ" - "Atletiko" oyununu Bakıda canlı izləyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər