Xəbər lenti

Rus klubu tütündən imtina edən futbolçulara
İdman 22:35 01.10.2024

Rus klubu tütündən imtina edən futbolçulara "iPhone" hədiyyə ediləcək

Rusiyanın "Spartak" (Kostroma) futbol klubunun sahibi idmançıların tütün məmulatlarından imtina edəcəyi təqdirdə hər bir oyunçuya ən son model "iPhone" hədiyyə edəcəyinə söz verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, Kostroma "Spartak”ının futbolçuları artıq iki ildir snus və tütündən istifadə vərdişindən qurtula bilmirlər. Klubun sahibi Dmitri Xotimski jurnalistlərə bildirib ki, hər altı aydan bir idmançılar poliqrafiyadan keçirlər və oyunçuların yarıdan çoxu pis vərdişlər üzrə testdən uğurla keçmir.

Problemi həll etmək üçün Xotimski radikal həll yolunu təklif edib: Snusdan imtina edib mənfi nikotin testindən keçə bilən hər bir oyunçu ən son model "iPhone" alacaq.

Snusdan istifadə etməyən bəzi futbolçular bu təklifdən narazı olduqlarını bildiriblər. Onlardan komanda yoldaşlarını pis vərdişlərindən əl çəkməyə inandırmaq istənilib. Bütün idmançılar snusdan imtina edərlərsə, hədiyyə bütün komandaya, o cümlədən pis vərdişləri olmayanlara veriləcək.

Qeyd olunur ki, aludəçi futbolçuların istifadəni dayandırmaq iddialarına baxmayaraq, onlardan heç biri hələlik testdən keçməyə razılıq verməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->