"Vətəndaş həkimə gedirsə, həkimdən çıxanda isə arayşı verilirsə, o müddətdə cərimə tətbiq olunursa, burada heç bir problem olmaz".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı SMS icazəsinin vaxtı bitən sürücüləri müşahidə kameraları qeydə alıb elektron protokol yazılması məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, vətəndaş həkim tərəfidən təqdim olunan arayışı polisə təqdim etməli və cəriməyə də xitam verilməlidir:
"Çünki bu, vətəndaşın istəyindən asılı olmayan bir gecikmədir. Belə halları nəzərə almalıdırlar və alacaqlar da. O ki qaldı müşahidə kameralarının cəriməsinə, bununla bağlı detallar hələ məlum deyil. Bu incəliklər dəqiq bilinmir".
"İstəlinən nəqliyyat vasitəsi saxlanılarsa, onun sürücüsü və ya sərnişini barədə alınan bütün informasiyalar dərhal mərkəzi baza sistemində yerləşdirilir", - bunu isə Qaynarinfo-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, sürücülər, adi vətəndaşlar, sərnişinlər - hər kəs hərəkətlə bağlı qanunda göstərildiyi kimi icazə almaqla hərəkət edə bilər:
"Bütün bu və ya buna bənzər tələblər nəzərdə tutulub. Bütün bunlar xidməti polis əməkdaşlarının nəzarəti və diqqəti hesabına həyata keçiriləcək. Heç bir narahatçılığa əsas yoxdur".
Vaqif Əsədov vətəndaşlardan karantin tələbləri düzgün yerinə yetirilməsini də xahiş edib:
"Bir-birimizi aldatmayaq, müxtəlif bəhanələr irəli sürməyək. Bu gün karantin postlarının ləğv edilməsi ifadəsinin işlədilməsi karantin tələblərinin yerinə yetirilməsi ilə bağlı xoşagəlməz informasiyaların yayılması cəhdidir. Hələ ki karantin davam edir".
Bahar Rüstəmli
Şərhlər