Ölkə 12:42 13.10.2019

Müsavat Partiyası qurultay keçirir

Müsavat Partiyasının IX qurultayı keçirilir.

Qaynarinfo xəbər verir ki, partiya başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Bunlar hazırki başqan Arif Hacılı, partiyanın Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə 10, Məclis üzvlüyünə isə 116 nəfər namizədliyini irəli sürüb.