"Müsavat" piket keçirmək üçün BŞİH-ə müraciət etdi

Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə məktubla müraciət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın "Facebook" səhifəsində məlumat verilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən gün Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Bundan sonra partiya açıqlama verərək həmin ərazidə mitinq keçirməyəcəyini, əvəzində BŞİH-i qarşısında piket keçirəcəyini bəyan edib.
XƏBƏRLƏR
BLOGLAR