Xəbər lenti

“Müsavata qarşı bu iddiaları irəli sürənlər...” (CAVAB)
Siyasət 12:08 30.03.2013

“Müsavata qarşı bu iddiaları irəli sürənlər...” (CAVAB)

“Azərbaycanda müxalifətin birliyi kimi əsas fəaliyyət göstərən qurum İctimai Palatadır. Müsavat Partiyası da həmin qurumda əsas təşkilat kimi fəaliyyət göstərir”.

Bunu Qaynar.info-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılının sözlərinə görə, İP-in bütün tədbirləri Müsavatın qərargahında keçirilir: “Ona görə də Müsavatın müxalifətin birliyinə maneə yaratması kimi fikirlər yanlışdır. Bilirsiz ki, Milli Şuranın yaradılması ilə bağlı təkliflər irəli sürülüb. Bu təkliflərlə əlaqədar müzakirələr aparılır. Müsavat Partiyası Ziyalılar Forumu və AXCP ilə olan müzakirələrdə fəal iştirak edir. Bu məsələlərin həll edilməsi üçün xoşməramlı mövqelərin olması zəruridir. Əgər Azərbaycanın siyasi partiyaları, ziyalı elitası bir araya gələcəksə, bu həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ciddi mesaj olacaq. Bununla da real birlik yaranacaq. Amma öz ideoloji siyasi xəttinə görə fərqli mövqelərdə olan, stabil siyasi fəaliyyət göstərməyən partiyalarla birliyin yaranmamasına görə kimlərisə ittiham etmək lazım deyil. Müsavata qarşı bu iddiaları irəli sürən partiyalar öz fəaliyyətlərinə, davranışlarına diqqət yetirməlidirlər”

Müsavat funksioneri “Məşvərət Məclisində təmsil olunan partiyalar niyə məhz birliyi pozmaqda Müsavatı ittiham edir?” sualına belə cavab verib: “Onlar birlik yaradıblar. Demirsiniz ki, bu fikirlər Məşvərət Məclisindən səslənir. Onlar onsuz da həmin qurumu birlik kimi qəbul edirlər”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->