Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə düşüb.
APA-nın məlumatına görə, buna səbəb İsa Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub. Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu etiraz edib. İsa Qəmbər isə bildirib ki, Tofiq Yaqublu və Yadigar Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər.
Buna görə də o qurultay nümayəndəsi kimi çıxış etmək istəyib. Mübahisəyə Arif Hacılı da qoşulub.
Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.
Şərhlər