Malayziya Kralı V Məhəmməd "Miss Moskva 2015"in qalibi rusiyalı model Oksana Voyvodina ilə evlənib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı kral və 25 yaşlı modelin nikahı Rusiyanın Barvixa ərazisində konsert zalında baş tutub. Model 8 ay əvvəl İslamı qəbul edərək Rihani adını götürüb. Toy mərasimində alkoqol verilməyib və halal qidalardan istifadə edilib. Voyvodina kralla evlənsə də, kraliça statusuna sahib çıxa bilməyib. Malayziya qanunlarına görə, bu ünvan sadəcə Malayziya əsilli şəxsə verilə bilər.
Kral V Məhəmməd 2008-ci ildə ailə həyatı qurub, lakin evlilik boşanma ilə nəticələnib.
Qeyd edək ki, Malayziyada kral 5 il müddətinə seçilir. V Məhəmmədin hakimiyyət dövrü 2022-ci ildə sona çatacaq.
Gülşən
Şərhlər