Xəbər lenti

Müsəlmanları əsəbiləşdirəcək QƏRAR
Dünya 18:15 28.08.2013

Müsəlmanları əsəbiləşdirəcək QƏRAR

İspaniya Daxili İşlər Nazirliyi İslam ölkələrini əsəbiləşdirəcək qərara imza atıb.

Anspress-in "CNNTürk"ə istinadla verdiyi məlumata görə, nazirlik polis idarələrinə "Qatı dindar müsəlmanı necə tanımalı" adlı əl kitabçası paylayıb və belə insanların izlənməsini istəyib. Pilot bölgə olaraq isə Barselona seçilib.

Kitabçada qatı dindar olduğu deyilən müsəlmanların fotorobotları çəkilib və buna uyğun olan şəxslərin dərhal nəzarətə alınmalı olduğu qeyd edilib.

Qatı müsəlmanın təsviri isə belə verilib - az bığlı, 5-10 sm saqqalı olan, enli şalvar geyinən, iş yeri spirtli içki satan bölgədən uzaq olur,uşaqları məktəblərdəki gimnastika dərslərinə qatılmır, Ramazanda oruc tutar, adətən topluma inteqrasiya olmur və öz aralarında münasibətlər,dostluqlar qururlar.

İnsan haqları müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar isə polisə paylanılan bu kitabça ilə müsəlman ovuna başlanılacağına işarə edib və bunun qanuna zidd olduğunu bildiriblər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->