Belçikada fransız dilində yayımlanan RTL televiziyasında hava proqnozunu təqdim edən Luk Trulleman Facebook səhifəsində müsəlmanları təhqir edən yazılar paylaşdığına görə yayına buraxılmayıb.
Qaynar.info-nun məlumatına görə, kanalın idarə heyətinin rəhbəri Filip Delusin mətbuata verdiyi açıqlamada hələlik bir qərar vermədiklərini, lakin lazım gəlsə onu işdən qovacaqlarını bildirib: "Facebook"dakı yazılar qəbulolunmazdır. Buna əlavə olaraq, qrupumuzda cəmiyyət qarşısına çıxan hər kəs eyni zamanda RTL-i təmsil edir. O, "Facebook" səhifəsində yazdıqları ilə RTL-in də imicinə zərbə vurdu".
Tənqidlərdən sonra səhifəsindəki təhqiramiz yazıları silən Trulleman müsəlmanlardan üzr istəyib.
Trulleman avtomobilində olarkən hücuma məruz qaldığını və tənqidi yazıları da əsəbi olduğu üçün yazdığını bildirib: "Mən əslində irqçi deyiləm. Heç bir səbəbi olmadan mənə hücum edənlərə qarşı bunu yazdım".
Qaynar.info
Şərhlər