Sənət 17:27 26.10.2021

Musiqi məktəbləri arasında “Zəfər” festivalı keçirilib

Ağdaş Regional Mədəniyyət İdarəsi Uşaq Musiqi və İncəsənət məktəblərinin şagirdləri arasında xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə "Zəfər” festivalı keçirib.

Qayanrinfo xəbər verir ki, Vətən Müharibəsində əldə edilən qələbəyə həsr olunan festival xalq çalğı alətləri ifaçıları və xanəndəliyin təbliği, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, istedadların aşkara çıxarılması və dəstəklənməsi məqsədi daşıyır.

Festivalda Ağdaş, İsmayıllı, Sabirabad, Şəmkir və Bərdə Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət məktəblərinin şagirdləri iştirak edib.

Festivalda Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi də fərqlənib. Gülağa Cəbrayılovun direktoru olduğu sözügedən məktəbin şagirdi Alcanlı Elgün Elbrus oğlu qarmon ixtisası üzrə laureat olub. İxtisas müəllimləri Cahid Mikayılov və Cəbrayıl Məmmədov, muğam müəllimləri isə Elbrus Məlikov və İlqar Abdullayev olan Elgün Alcanlı yüksək ifaçılıq qabiliyyəti göstərib. Onu pianoda konsertmeyster Fatimə Eyvazlı, nağarada isə Ceyhun Səfərov müşayiət edib.

Bahar