Siyasət 15:21 18.10.2020

Mustafa Şentop Bakıya gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edib.

Qaynarinfo xəbər verir ki, o, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 18-20-si aralığında nümayəndə heyəti ilə birlikdə ölkəmizdə rəsmi səfərdə olacaq.

Oktyabrın 19-da TBMM sədri ölkə başçısı İlham Əliyev tərəfindən qəbul ediləcək.

M. Şentop oktyabrın 20-də Milli Məclisdə çıxış edəcək. Bununla bağlı məsələ artıq plenar iclasın gündəliyinə salınıb.