Xəbər lenti

Mütəxəssislərdən rusiyalılara qorxulu xahiş: “Bu qidalardan uzaq olun...”
Sağlamlıq 17:54 25.01.2020

Mütəxəssislərdən rusiyalılara qorxulu xahiş: “Bu qidalardan uzaq olun...”

Mütəxəssislər ruslara qidaya daxil olan bütün ət məhsullarını mütləq yaxşıca bişirməyi məsləhət görüb.

Qaynarinfo xəbər verir ki, bu haqda "Sputnik”ə həkim, patomorfoloq, parazitoloq Yelena Çernışeva deyib. Onun bildirdiyinə görə, ət və balıqlarda insanlar üçün təhlükəli olan parazit sürfələri ola bilər.

"Çiy, bişməmiş, qanlı ət yeməklərini unudun... Əti orta istilikdə qovurub yemək də təhlükəsiz deyil", - həkim deyib.

Onun dediyinə görə, bu, xüsusilə vəhşi heyvanların əti, eləcə də "əldən" satın alınan ətlərə aiddir - məsələn, yolun kənarındakı bir fermerdən. Yetərincə bişməmiş və ya qızardılmış ət helmintlərlə yoluxmağa səbəb olur, - mütəxəssis qeyd edib.

Misal üçün, Yapon mətbəxində istifadə olunan çiy balıq da eyni təhlükə mənbəyidir. Hətta suşinin hazırlanmasında təzə deyil, dondurulmuş balıqlardan istifadə edilsə belə, o zaman da parazit sürfələri ətdə sağ qala bilər. Çünki onların neçə dərəcə mənfi temperaturda dondurulduğu bizə məlum deyil.

Mütəxəssis salonun, qarpaçiya, tartar, seviçe və stroqaninanın da eyni dərəcədə təhlükəli olduğunu qeyd edib. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->