Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası İranın yeni prezidenti seçilmiş Həsən Ruhaniyə xəbərdarlıq edib.APA-nın məlumatına görə, müxalif qüvvələr İranın yeni prezidentini sələfinin səhvlərini təkrarlamamağa çağırıb: “Suriya inqilabının üzərindən iki il keçməsinə baxmayaraq, İran hərbi, iqtisadi və siyasi sahələrdə Bəşər Əsəd rejiminə dəstək verməyə davam edir. İran prezidenti seçilmiş Həsən Ruhanini sələfinin səhvlərini təkrar etməyə çağırırıq. Suriyadakı döyüşdə İran zalımın yanında dayanaraq etibarına zərər verir”.
Qaynar.info
Şərhlər