Xəbər lenti

Müxalifətin mitinqinə icazə verildi
Dünya 22:08 10.09.2013

Müxalifətin mitinqinə icazə verildi

Moskva meriyası Aleksey Navalnının tərəfdarlarının paytaxtın Bolotnaya meydanında növbəti kütləvi aksiya keçirməsinə icazə verib. 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, təşkilatçıların müraciətində aksiyanın sentyabrın 14-də 25 min nəfərin iştirakı ilə keçiriləcəyi bildirilib.

A. Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov hələlik mitinqin keçiriləcəyi haqda qəti qərarın verilmədiyini söyləyib.

Qeyd edək ki, sentyabrın 9-da A. Navalnının tərəfdarları Bolotnaya meydanında mitinq keçiriblər. Onlar mer seçkilərinin ikinci turunun elan olunması tələbini irəli sürüblər.

Rəsmi məlumata əsasən sentyabrın 8-d keçirilmiş mer seçkilərində 51,37% səslə Sergey Sobyanin qalib gəlib, A. Navalnı isə 27,24% səs toplayıb. Lakin A. Navalnı S. Sobyaninin inzibati resurslardan istifadə nəticəsində 50 faizlik həddi aşdığını söyləyib və ikinci turun keçirilməsini tələb edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->