Xəbər lenti

Mövlud Çavuşoğlu Bakıda (FOTOLAR)
Foto 17:20 24.07.2018

Mövlud Çavuşoğlu Bakıda (FOTOLAR)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfərə gəlib. 

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, o, Fəxri Xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Sonra Mövlud Çavuşoğlu Şəhidlər xiyabanına gedərək "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nazirə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->