Avropa Komissiyası "Nabucco" qaz kəməri layihəsinin qısaldılmış versiyasını («Nabucco West») nəzərdən keçirir.
Belə ki, Avstriyanın OMV şirkətinin uğursuz layihəsi daha da qısaldılaraq Dunay çayının ətrafından keçməsi məsələsinə baxılır. «APA-Economics»in məlumatına görə, bunu energetika məsələləri üzrə Avropa komissarı Günter Ottinger bildirib.
Onun sözlərinə görə, Dunay çayının ətrafından keçəcək qaz kəməri "Nabucco West" adlandırılmaya da bilər: «Bu layihənin investorları da başqaları ola bilər. Ancaq əsası odur ki, bu qaz kəməri yenə də bizim üçün olduqca vacib layihə olaraq qalacaq».
Avropa komissarı qeyd edib ki, Avropa Komissiyası Azərbaycan qazının Türkiyə vasitəsilə Cənubi Avropaya – Yunanıstan və Albaniyaya nəql olunmasını həyata keçirən Trans-Adriatik qaz kəməri layihəsini (TAP) alqışlayır: «Ancaq buna baxmayaraq, alternativ infrastrukturun yaradılmasına da ehtiyac var. TAP və «Nabucco» layihələri arasında seçim edilib. Vacib amil odur ki, Azərbaycan qazı Avropaya çatdırılsın. Bunun üçün isə artıq yol açıqdır».
Qaynar.info
Şərhlər