Kimliyi bilinməyən şəxslər ölkənin cənub-şərqində yerləşən bir Amerikan hərbi bazasına hücum edib.
Qaynarinfo xəbər verir ki, bu haqda Suriya dövlət televiziyası Əl-İxbariya məlumat yayıb.
Hücum hərbi texnikalı yük maşınlarının bazaya çatdığı anda başlayıb. ABŞ ordusu artilleriya atəşi və yüngül səs bombası ilə onlara cavab verib.
Sözügedən bazanın Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında yerləşdiyi bildirilir.
Qeyd edək ki, ABŞ rəsmiləri bir müddət əvvəl terrorçuların əlinə keçməməsi üçün Suriyadakı neft sahələrini qorumağa davam edəcəklərini bildirmişdi.
Alpər
Şərhlər